"Demokratik Fransada böyümüş Zurabişvilinin heç vaxt mənim qanunsuz həbsimə etiraz etməməsinə və dırnaqarası Pencək işi ilə əlaqədar 2013-cü ildən prezident xərclərinə qoyulmuş “sirr” möhrünün götürülməsini tələb etməməsinə təəccüblənirəm".
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin qeyd etdiyi kimi, Zurabişvili indi Rusiyayönümlü olduğunu iddia etdiyi iqtidar məhkəməsindən Saakşvilini susdurmağı tələb edir.
“İndi İvanişvilinin məhkəməsindən müxalifət partiyası liderinin - mənim susdurulmağımı tələb edir, onun demokratik platforması budur? Axı demokratiya ilk növbədə ədalət və bərabərlikdir, biz ədalətli demokratik dövləti belə necə yarada biləcəyik? Məqsədimiz ölkəni xilas etmək və gücləndirməkdirsə, mənim dərin inancıma görə, hər şeyə baxmayaraq, birlik və dəstəyin alternativi yoxdur”, - Saakaşvili yazır.