Molla rejimi geri çəkildi - HİCABLA BAĞLI MƏCBURİYYƏTƏ YENİDƏN BAXILIR

17:24 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran parlamenti hicabın məcburi geyinilməsi məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb. Bunu İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri deyib. Hafta.az ISNA-ya istinadla bildirir.

“İran parlamentinin Mədəniyyət komitəsində xüsusi olaraq zahiri təvazökarlıq və hicabla bağlı məsələlərlə məşğul olmaq üçün işçi qrup təşkil edilib”.

Montazerinin sözlərinə görə, parlamentarilər məsələnin tədqiqinə qoşulmağa və “açıq olmayan və ya qeyri-konstruktiv” məqamları aydınlaşdırmağa hazırdırlar.

İranda kütləvi etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Tehranda qadın hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanılıb. Həbs olunduqdan bir neçə gün sonra o, dünyasını dəyişib. Bundan sonra iranlı qadınlar sosial şəbəkələrdə saçlarını kəsdirdikləri və hicablarını yandırdıqları videoları kütləvi şəkildə yayımlamağa başladılar. İran hakimiyyəti anti-hökumət etirazlarını fəal şəkildə yatırır.