Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 23-də Monteneqroda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
AZƏRTAC xəbər verir ki, 14 şəhərdə yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin müəyyən olunacağı seçkilərdə 345 min seçici səsvermə hüququna malikdir.
Monteneqro Prezidenti Milo Cukanoviçin rəhbərlik etdiyi Demokratik Sosialist Partiyası ilə müxalifət partiyaları arasında paytaxt Podqoritsa meri uğrunda ciddi rəqabətin olacağı gözlənilir.
Seçkiyə dair ilk qeyri-rəsmi nəticələr gecə yarısından əvvəl açıqlana bilər.