"Rusiya, Azərbaycan və İran Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər uzanan maneəsiz logistika ilə ümumi əmtəə bazarının formalaşdırılması işlərini sürətləndiriblər".
Hafta.az xəbər verir ki, bunu RF baş nazirinin müavini Aleksey Overçuk Bakı, Tehran və Moskva arasında nəqliyyat, energetika və gömrük sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşdə bəyan edib.
O bildirib:
"Qarşıda bizi maneəsiz logistika, ahəngdar qayda və standartlarla ümumi əmtəə bazarının formalaşdırılmasına yönəldilmiş çoxlu sayda maraqlı iş gözləyir. Rusiya və Azərbaycan, Rusiya və İran, habelə İran və Azərbaycan arasında dinamik inkişaf edən möhkəm əlaqələr regionda nəqliyyat əlaqələrinin inkişafı, habelə Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər uzanan maneəsiz logistikanın təmin edilməsi üzrə əlaqələndirilmiş işlərin sürətləndirilməsinə şərait yaradır".
Overçukun sözlərinə görə, bu yolla üç ölkənin əmtəə istehsalçıları, ixracatçıları və idxalatçılarına ən yaxşı rəqabət şərtləri yaradılır.