Moskva istidən yanır: Metroda pulsuz su paylanır

10:15 31.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən və bu gün havanın temperaturunun “anomal” səviyyəyə - 30 dərəcəyə yüksələcəyi Moskvada təcili tədbirlər görülür. İstilər səbəbindən Moskvanın bir çox metro stansiyalarında sərnişinlərə pulsuz su paylanmağa başlanılıb.

Hafta.az-ın yazdığına görə, Moskva Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir ki, sərnişinlər hələ də “İzmailovskaya”, “Filevski parkı”, “Baqrationovskaya”, “Fili”, “Kutuzovskaya”, “Studençeskaya”, “Kuntsevskaya”, “Pionerskaya” və “Vıxino” stansiyalarından pulsuz su ala bilərlər.

Bundan başqa, saat 14:00-dan etibarən “Yaroslavskiy”, “Kazanskiy”, “Kurskiy”, “Savelovskiy”, “Belorusskiy”, “Paveletskiy” və “Kiyevskiy” stansiyalarında, həmçinin “Podolsk”, “Tuşinskaya”, “Vıxino”, “Ramenskoye”, “Jeleznodorojnaya” və “Mıtişçi” stansiyalarında su veriləcək.

Əvvəllər “Rospotrebnadzor” havanın temperaturu kondisionersiz 28,5 dərəcəyə yaxınlaşdıqda iş gününün bir saat, temperatur 29 dərəcə olduqda iki saat, 30,5 dərəcə olduqda isə dörd saat qısaldılmasını tövsiyə edirdi.