Moskva müftisi İldar Alyautdinov Patriarx Kirilin “Mühacirlər Rusiya kimliyinə təhlükədir” açıqlamasına cavab verib. Alyautdinov deyib ki, təkcə mühacirlərin üstünlüyü rus kimliyini məhv edəcək qədər güclü deyil.
Hafta.az-ın yazdığına görə, Alyautdinov onu da bildirib ki, amma əvvəlcə qüsurlu olanı məhv etmək olar. Müftiyə görə, milli kimliyin məsuliyyətini başqalarına yükləmək yolverilməzdir.
Müftinin açıqlamalarını dərc edən “Moskovskiy komsomolets” qəzeti ölkədəki əmək miqrantlarının təxminən yarısının Rusiya qanunlarındansa şəriətə üstünlük verəcəyini göstərən araşdırmaların olduğunu yazır.
Xatırladaq ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill Moskva Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşdə Rusiyanın immiqrantlar səbəbindən öz şəxsiyyətini itirmək riski ilə üzləşdiyini demişdi.