Son illər Moskvada görünməmiş intensivliyə çatan qar həyatı iflic etsə də, Rusiya Meteorologiya Mərkəzinin direktoru Roman Vilfand paytaxta yağan qarın böyük ehtimalla yaza qədər əriməyəcəyini bildirib.
Hafta.az-ın yazdığına görə, sosial şəbəkələrdəki yazılarda qar yağanda taksi sürücüləri 9 dəqiqəlik yol üçün 1000 rubl (19 manat), bəzi hallarda isə 8 dəqiqə üçün 2 min rubl (38 manat) tələb edilməsindən şikayət olunub.
Bildirilib ki, Domodedovo hava limanından şəhər mərkəzinə taksi ilə 30 dəqiqəlik gediş haqqı təxminən 6 min rubla (114 manat) qədər artıb və taksi sürücülərinin təxminən 60 faizi əlverişsiz hava şəraiti səbəbindən işləməyib.
Moskva meri Sergey Sobyanin güclü qar yağması səbəbindən moskvalılardan şəxsi avtomobilləri ilə hərəkətə çıxmamağı xahiş edib. Sobyanin qar təmizlənməsində 10-12 min ictimai işçinin çalışdığını açıqlayıb.