Rusiya Nəqliyyat Nazirliyi, Moskva ilə Sankt-Peterburq arasında qurulacaq sürət qatarı xəttinin bilet qiymətlərini açıqladı.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, 2028-ci ildə tamamlanması planlaşdırılan xəttin bilet qiyməti satışlar başlayanda təxminən 8900 rubl (96 dollar) olacaq. Nazir müavini Dmitri Zverev layihənin üçüncü rübdə istifadəyə veriləcəyini və qiymətin cari hesablamalara əsaslandığını bildirib.
Ümumi uzunluğu 679 kilometr olacaq sürət qatarı xətti Moskva və Sankt-Peterburq şəhərlərini birləşdirəcək, eləcə də Sankt-Peterburqla yanaşı, altı regiondan da keçəcək. Sürət qatarı ilə səyahət vaxtı mövcud qatarlarla dörd saatlıq məsafəni 2 saat 15 dəqiqəyə qədər azaldacaq. Hər il ən azı 23 milyon sərnişinin xəttdən istifadə edəcəyi gözlənilir.
Layihənin dəyəri kifayət qədər yüksəkdir. Baş nazirin müavini Vitali Savelyev xəttin tikintisinin dəyərinin 1,755 trilyon rubla (təxminən 20 milyard dollar) çatacağını açıqlayıb. Lakin qoyulacaq sərmayə böyük olsa da, layihənin uzunmüddətli perspektivdə gəlirli olacağı gözlənilir. Moskva-Sankt-Peterburq xəttindən sonra Moskva-Ekaterinburq və Moskva-Adler kimi digər sürət qatarı layihələri də həyata keçiriləcək.