Moskvada Nazım Hikmətin məzarı önündə anım mərasimi keçirildi

09:05 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk şair Nazım Hikmət Moskvada dünyasını dəyişməsinin 61-ci ildönümündə məzarı üstündə mərasimlə anılıb.

Hafta.az-ın yazdığına görə, Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondu ilə birgə təşkil edilən anım mərasimlərinə çoxlu sayda sənət adamı, yazıçı və qonaq qatılıb.

Moskvadakı tarixi Novodeviçi qəbiristanlığında məzarı üzərində keçirilən anım mərasiminə qatılan müğənni Serenad Bağcan bir gün öncə - bazar günü Nazım Hikmətin xatirəsinə keçirilən mərasimində konsert verib. Konsertdə Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun fəxri prezidenti, sənətçi Zülfü Livaneli də səhnəyə çıxıb.