Rusiyada məskunlaşmış Mərkəzi Asiyadan olan mühacirlər son vaxtlar Hindistan və Çindən gələn əcnəbilərlə əvəz olunmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, “Fnival” şirkətinin eksperti Sergey Suvorov “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində deyib ki, Tacikistan və Özbəkistan vətəndaşları əvəzinə Rusiyada iş tapmağa çalışan hindistanlıların və çinlilərin sayında böyük artım olub.
Xəbərə görə, bu gün Rusiyada 11 milyondan çox immiqrant işçi olduğu halda, ölkədə işçi qüvvəsi çatışmazlığı 40 faiz səviyyəsindədir. Üstəlik, Rusiyada şirkətlərin 50 faizində kadr çatışmazlığı var.
Mərkəzi Asiya əsilli mühacirlər son vaxtlar Rusiyanı tərk etməkdədirlər.
Sankt-Peterburq yaxınlığındakı Sinyavinskaya quşçuluq ferması ötən ilin avqustunda Özbəkistan və Tacikistan əsilli işçilərin 30 faizi ölkəni tərk etdiyi üçün bağlanma təhlüksi ilə üzləşib.