“Mu” ştammı təhlükəli deyil - infeksionist

17:44 06.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dünyada Britaniya və "Delta" ştammları ilə yanaşı, koronavirusun yeni növü sürətlə yayılmağa başlayıb. "Mu" adlandırılan ştamm ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. Yayılan digər növlərə ölkəmizdə də rast gəlinməsi Mu ştammının bizə gəlib çatmasını istisna etmir. Bəs görəsən bu yeni növ digərləri ilə müqayisədə nə dərəcədə təhlükəlidir? Mu ştammının ölüm faizi və yoluxma sürəti hansı səviyyədədir?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimzadə bildirdi ki, “Mu” baslanğıcda Kolumbiyada yayılan sonra isə qonsu ölkələrdə daha çox rastlanan variantdır. Təhlükəli deyil, arasdırılması lazım olan variant hesab olunur:

“B.1.621 kodu altında adlandırılan variant P681H mutasiyası ilə diqqət cəkib. Bu tipli mutasiyalar xəstəliyin letallığına və kontaqiozluguna təsir edə bilir. Buna gorə "Mu" haqqında xəbərlər çoxdur. Lakin müsahidələrə əsasən qeyd edilir ki nə ölüm göstəricisi nə də yoluxma sürəti hələ təhlükəli səviyyədə deyil”.

Qeyd edək ki, "Mu" ştammına indiyə qədər dünyanın 39 ölkəsində 4500-dən çox yoluxma halı qeydə alınıb.