Müdafiə naziri Pakistan Ordu Muzeyini ziyarət edib

20:39 22.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Ordu Muzeyini ziyarət edib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Ordu Muzeyinin fəxri qonaqlar kitabına xatirə sözlərini yazıb.