Baş nazir Novruz Məmmədov “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Hafta.az xəbər verir ki, sərəncamın icrası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla həyata keçirilməlidir.
Bu məqsədlə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamına uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.