Azərbaycan-Slovakiya biznes forumu işə başlayıb

12:37 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 15-də Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilir.

Hafta.az xəbər verir ki, biznes forum Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hər iki ölkədən rəsmilər və müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edirlər.