Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlanır

13:25 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 16-dan xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibələr bu gün və sabah S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil ediləcək.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələrə 80 namizəd dəvət edilib. Müsahibə zamanı namizədlərin biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Oxunma sayı 20