Yaponiya millisi Bakıdakı dünya çempionatı üçün heyətini açıqlayıb

20:49 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 4–11-də Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Yaponiya millisinin heyəti müəyyənləşib.

Cüdo Federasiyasından hafta.az-a bildirilib ki, cüdonun vətəni olan Yaponiya fərdi yarışlarda 18 cüdoçu (9 kişi və 9 qadın) ilə mübarizə aparacaq. Komanda həm kişilər, həm də qadınlar arasında bütün çəki dərəcələrində idmançı ilə təmsil olunacaq.

Yaponiya millisinin heyətində ikiqat Olimpiya çempionu və dördqat dünya çempionu Hifumi Abe (66 kiloqram), Olimpiya çempionu və beşqat dünya çempionu Uta Abe (52 kiloqram), Olimpiya çempionu Akira Sone (+78 kiloqram), dünya çempionları Ryucu Naqayama (60 kiloqram), Takeşi Takeoka (66 kiloqram), Sanşiro Murao (90 kiloqram), Haruka Kaju (63 kiloqram) və Şiho Tanaka (70 kiloqram) yer alıblar.

Yaponiya millisinin heyəti:

Kişilər

60 kiloqram – Ryucu Naqayama

66 kiloqram – Takeşi Takeoka, Hifumi Abe

73 kiloqram – Ryuqa Tanaka

81 kiloqram – Yuhey Oino

90 kiloqram – Sanşiro Murao, Qoki Tacima

100 kiloqram – Dota Arai

+100 kiloqram – Kanta Nakano

Qadınlar

48 kiloqram – Vakana Koqa

52 kiloqram – Uta Abe

57 kiloqram – Akari Omori, Momo Tamaoki

63 kiloqram – Haruka Kaju

70 kiloqram – Şiho Tanaka

78 kiloqram – Kurena İkeda

+78 kiloqram – Mao Arai, Akira Sone

Həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Yaponiya millisinin heyətində Yuta Nakamura (+90 kiloqram), Şunsuke Uçimura (73 kiloqram) və Rin Maeda (70 kiloqram) yer alacaqlar.