Müharibədə daha bir azərbaycanlı həlak oldu

20:52 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.

Hafta.az xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.

Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.

Onun ailə üzvləri Rusiyaya getsələr də,  nəşinin harada plmasına dair xəbər ala bilmirlər.

Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib./qafqazinfo/