Moskva üzərində "qara" PUA-lar gəzir - 25-i məhv edilib

15:30 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 19-da Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 25 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Hafta.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O əlavə edib ki, təcili yardım xidmətləri PUA-ların qəzaya uğradığı yerlərdə işləyir.

“Rosaviasiya” xəbər verir ki, uçuş təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən Domodedovo, Jukovski (Ramenskoye) və Yaroslavl (Tunoshna) hava limanlarında, eləcə də Şeremetyevo aeroportu ərazisində təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.

Şeremetyevo hava limanı isə öz ərazisində hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər qoyulduğu üçün müvafiq orqanlarla əlaqələndirmə şərti ilə uçuşları qəbul edir və yola salır.