Tahir Abdullayevin UFC turnirində iştirakı təsdiqlənib

18:00 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC təşkilatı ilə müqavilə imzalayıb.

Bakı Şəhər Halqasından hafta.az-a bildirilib ki, yarımorta çəki dərəcəsində çıxış edən idmançı iyunun 27-də Bakıda keçiriləcək UFC turnirində oktaqona çıxacaq. Onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq. Bununla da, Tahir Abdullayev UFC ilə müqavilə bağlayan beşinci azərbaycanlı döyüşçü kimi tarixə düşüb.

Milli Gimnastika Arenasında təşkil olunacaq UFC gecəsinin əsas döyüşündə azərbaycanlı Rafael Fiziev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. İkinci əsas görüşdə isə orta çəkidə Şarabutdin Maqomedov Mişel Pereyra ilə üz-üzə gələcək.

Turnir çərçivəsində daha iki Azərbaycan təmsilçisi – Nazim Sadıxov və Fərman Həsənov da qüvvəsini sınayacaq. Onların rəqibləri müvafiq olaraq braziliyalı Mateus Kamilo və amerikalı Erik Nolan olacaq.