“London marafonu” iki gün davam edəcək

15:37 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“London marafonu” 2027-ci ildə xüsusi formatda təşkil olunacaq və yarış ilk dəfə iki gün ərzində keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat yayıblar. Bildirilib ki, marafon 2027-ci il aprelin 24-25-də olacaq.

Qərar daha çox insanın yarışda iştirakına imkan yaratmaq məqsədilə qəbul edilib. Belə ki, gələn il üçün keçirilən qeydiyyat zamanı rekord sayda - 1,33 milyon nəfər iştirak üçün müraciət edib. İki gün davam edəcək marafon sayəsində 2027-ci ildə ümumilikdə 100 min nəfərin yarışa qatılması mümkün olacaq. Bu da iştirak üçün müraciət edənlərin seçilmə şansını əhəmiyyətli dərəcədə artıracaq.

Təşkilatçıların hesablamalarına əsasən, yeni format xeyriyyə təşkilatları üçün 150 milyon funt sterlinqdən çox vəsait toplamağa, həmçinin Böyük Britaniya iqtisadiyyatına təxminən 400 milyon funt sterlinq həcmində töhfə verməyə imkan yaradacaq.

Vurğulanıb ki, gələnilki marafonda iştirak etmək üçün müraciət edən bütün şəxslər həm şənbə, həm də bazar günü keçiriləcək yarışlar üzrə püşkatmada iştirak edəcəklər. Püşkatmanın nəticələrinin iyulun əvvəlində açıqlanacağı gözlənilir.