Rusiyanın Ukraynaya qarşı bəşladığı müharibə üç ilini tamamlayaraq dördüncü ilinə keçdi. Maraqlıdır, müharibənin başladığı 4 fevral 2022-ci ildən dünənədək - 24 fevral 2025-ci ilədək Rusiyanın ümumi hərbi itkiləri nə qədər olub?
Hafta.az-ın yazdığına görə, Ukrayna Baş Qərargahının dünənki bəyanatında bildirilir ki, rus ordusu yalnıəz son sutka ərzində Ukraynada 1050-yə yaxın əsgər, 9 tank, 6 zirehli döyüş maşını və 44 artilleriya sistemi itirib.
Baş Qərargah bildirib ki, ümumiyyətlə, 24 fevral 2022-ci ildən 24 bfevral 2025-ci ilədək olan tam üç il ərzində Rusiya ordusunun ən azı 868230 hərbçisi həlak olub.
Digər tərəfdən, Rusiya bu üç il ərzində 10177 tank, 21157 zirehli döyüş maşını, 23626 artilleriya sistemi, 1299 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1081 hava hücumundan müdafiə sistemi, 370 döyüş təyyarəsi, 331 helikopter, 26645 PUA, 3064 idarəolunan raket, 28 gəmi/kopter, 1 sualtı qayıq, 38444 maşın və yanacaq çəni, 3757 xüsusi hərbi texnika itirib.