Müraciət xidmətinə daxil olan müraciətlər

23:00 04.03.2015
Yazını böyüt
Yazını kiçilt

Bu ilin fevral ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 3000, birbaşa cavablandırılan zənglərin sayı 2361, yaradılan əks əlaqələrin sayı 853, günlük orta zəng sayı 93, tərtib edilən şikayət vərəqələrinin sayı 639 olub. Xidmət səviyəsi 98 faiz təşkil edib.

Rayon icra hakimiyyətindən “Həftə içi”nə verilən məlumata görə, şikayət xarakterli müraciətin 626-nın icrası təmin edilib. Ümumilikdə isə daxil olan şikayətlərin 81,4 faizi tam həll olunub, 3,7 faizi qismən həll edilib, 14,9 faizi müvafiq izahat verilərək həll edilib.

Fevral ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 232-si və ya 36,3 faizi su-kanalizasiya, 151-i və ya 23,6 faizi qaz təchizatı, 66-ı və ya 10,3 faizi istilik təchizatı, 63-ü və ya 9,9 faizi sakinləri narahat edən digər məsələlər, 57-si və ya 9,1 faizi lift problemləri, 41-i və ya 6,4 faizi elektrik təchizatı ilə bağlı, 20-i və ya 3 faizi yolların yararsız olması ilə əlaqədar, 6-ı və ya 0,9 faizi küçələrin işıqlandırılması idarəsi, 3-ü və ya 0,8 faizi zibil və tullantılar ilə əlaqədar olub.

Xidmətə ay ərzində 43 təşəkkür müraciəti daxil olub.

Qələndər

 

rubrikasından digər xəbərlər