Müsavatdan fərqli olaraq AXCP birləşmək İSTƏMİR

15:30 12.11.2013
Yazını böyüt
Yazını kiçilt
Bir müddət əvvəl mətbuatda Müsavat və AXCP-nin birləşəcəyi ilə bağlı yayılan məlumatlar deyəsən özünü doğruldur. Belə ki, Müsavat məclisinin sədri Arzu Səmədbəyli Hafta.az-a deyib ki, bu cür təkliflər həmişə olub, amma bu proses bir neçə ilə real ola bilər: “Müxtəlif zamanlarda bu cür təkliflər irəli sürülüb, amma bugünkü gün üçün real görünmür. Çünki “Müsavat və AXCP həm, İctimai Palatada, həm də Milli Şurada müttəfiqlik münasibətlərindədir və birgə fəaliyyət göstərirlər. Amma partiyaların birləşərək bir təşkilat kimi ortaya çıxması bir neçə ilin söhbətidi, bununla bağlı da partiya funksionerlərinin qərarı var. Biz çalışırıq ki, bu istiqamətə yol almaq üçün partiyalar arasında əlaqələri daha da dərinləşdirək. Müttəfiqlik əlaqələrinin dərinləşməsinə daha çox önəm veririk. Amma bu gün üçün partiyaların birləşməsi məsələsini real saymırıq”.

Müsavat məclisinin sədrindən fərqli olaraq AXCP funksioneri Razi Nurullayev bu addımı absurd hesab edir. Onun fikrincə, bu bəzi aravuranlar tərəfindən ortaya atılan yeni uğursuz həmlədir. AXCP sədrinin müavini düşünür ki, birləşmə barədə belə bir təklif partiyaları əsas hədəflərindən uzaqlaşdırmağa hesablanıb: “Bu təklifi heç cür real görmürəm. Və heç də aktual deyil. Birincisi AXCP və Müsavatın birləşməsi məsələsinin ortaya atılması bizi əsas hədəfdən uzaqlaşdırır. Və iki partiya arasında ciddi qarşıdurma yaranır, kimin necə olacağı məsələsi gündəmə gəlir. Ona görə də bu cür məsələləri mən ziyanlı sayıram. Amma hazırda Milli Şura var və Milli Şurada bütün partiyalar birləşir. Və çox yüksək səviyyədə əməkdaşlıq edirlər. Bu nəinki AXCP və Müsavatın birləşməsidir, bu Azərbaycanda fəaliyyət göstərən sağlam siyasi partiyaların birliyidir. Və mən bunu AXCP və Müsavatın birləşməsini aktual və faydalı bilmirəm”.

Elmir Murad, Hafta.az
rubrikasından digər xəbərlər