Müsəlman ölkələrindən üç ayda Rusiyaya 1,3 milyon turist gəlib

10:25 03.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müsəlman ölkələrindən bu ilin birinci rübündə Rusiyaya gələn 1,3 milyon turist ümumi turist axınının 62 faizini təşkil edib.

Hafta.az-ın yazdığına görə, bu haqda Beynəlxalq Turizmin İnkişafı Mərkəzinin direktoru Yuliya Maksutova Rusiyaya bildirib.

Maksutova bildirib ki, 2024-cü ilin birinci rübündə “Rusiya - İslam Dünyası: KazanForum”da iştirak edən 84 ölkədən 1,64 milyondan çox xarici turist Rusiyaya səfər edib. Onun sözlərinə görə, vətəndaşlarının əksəriyyəti müsəlman və ya dövlət dini islam olan 43 iştirakçı ölkə Rusiyaya 1,3 milyon xarici turist axını təmin edib ki, bu da Rusiyaya gələn xarici turistlərin ümumi sayının 62 faizinə bərabərdir.

Rusiyaya ən çox xarici turistlərin Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Misirdən gəldiyini bildirən Maksutova İslam dünyasının turizm bazarının böyük potensiala malik olduğunu vurğulayıb. O, 2028-ci ildə müsəlman turistlərin 230 milyon beynəlxalq səfər edəcəyinin təxmin edildiyini və onların ümumilikdə təxminən 225 milyard dollar xərcləyəcəyini bildirib.