Yazını böyüt
Yazını kiçilt
"Müxalifət Dağlıq Qarabağ (keçmiş-S.L.) ermənilərinin Dağlıq Qarabağı (keçmiş-S.L. tərk etmələri üçün hər şeyi edib".
Hafta.az xəbər verir ki, “Aysor" nəşrinin yaydığı məlumata görə, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vaqe Aleksanyan bu gün jurnalistlərlə söhbətində deyib.
"Onlar hər şeyi etdilər ki, insanlar Dağlıq Qarabağı (keçmiş - S.L.) tərk etsinlər, sonra da Dağlıq Qarabağdan (keçmiş-S.L.) olan bacı-qardaşlarımızdan mitinq materialı kimi istifadə etməyə çalışsınlar. Biz buna icazə vermərik".
Aleksanyanın sözlərinə görə, Qarabağdan köçmüş ermənilərin özləri də müxalifətə özlərindən istifadə etməyə imkan vermirlər.