Naftalanda evdən meyit tapılıb

22:52 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naftalan şəhərində evlərin birində kişi meyiti aşkarlanıb.

Hafta.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 1972-ci il təvəllüdlü R.Həsənovun meyiti yaşadığı evdən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 54 yaşlı kişinin meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.