Naməlum şəxs Albaniyanın keçmiş prezidentini yumruqladı

19:17 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tiranada keçirilən Avropa İttifaqı-Qərbi Balkan sammiti zamanı naməlum şəxs Albaniyanın keçmiş prezidenti, müxalif Demokrat Partiyasının rəhbəri Sali Berişanı vurub. Bu barədə “Kosovo Online” məlumat yayıb.

“Tiranada müxalifətin bugünkü etiraz aksiyasına rəhbərlik edən Berişa hücuma məruz qalıb”, - məlumatda deyilir.

Portalın məlumatına görə, naməlum şəxs onun üzünə yumruq vurub, bundan sonra Berişanın mühafizəçiləri reaksiya verib və hücumçunu nəzarətə götürüb.

Həmin an Berişanın yanında Albaniyanın digər eks-prezidenti İlir Meta getsə də, o, xəsarət almayıb.

İyul ayında Albaniyanın paytaxtında müxalifətin böyük etiraz aksiyasında Berişa hazırkı baş nazir Edi Ramanı istefaya getməyə çağırıb.