Narkotik mafiyası toya gələnlərə atəş açdı

19:15 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada narkotik mafiyası yaraqlıları toya girərək qonaqlara atəş açıb. Bu barədə The Guardian xəbər verir.

Hücum şənbə günü, iyunun 29-da Moselle departamentinin Thionville kommunasında baş verib. Həmin gün yüzə yaxın qonaq ziyafət salonunda türkiyəli cütlüyün toyunu qeyd edib. Səhər saat birdən sonra bir neçə nəfər siqaret çəkmək üçün bayıra çıxıb. Bu zaman yaxınlıqda maşın dayanıb, oradan üç “ağır silahlı” cinayətkar çıxıb camaata atəş açıb.

Ümumilikdə 6 nəfər xəsarət alıb, onlardan birini həkimlər xilas edə bilməyib. Digər üç zərərçəkən, o cümlədən hamilə qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Müstəntiqlərin fikrincə, hücum Mozel departamentində narkotik dəstələri arasında münaqişə ilə bağlı olub. Şəhər meri “yeni evlənənlərə və qurbanlara mənəvi dəstək” ifadə edib.

Ləman