Narkotik satan 2 nəfər tutuldu

12:16 31.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda əməliyyatlar zamanı 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-ın verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.

Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Əziz Mahmudov və Elxan Şahgəldiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.