NASA orbitə 3 peyk buraxacaq

09:38 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2027-ci ildə kosmosdan tropik qasırğa və tufanları öyrənmək üçün orbitə 3 peyk buraxmağı planlaşdırır.

 

Hafta.az-ın məlumatına görə, bunu NASA-nın direktoru Bill Nelson qurumun Kosmik Uçuşlar Mərkəzində çıxışı zamanı deyib.

 

B.Nelson bildirib: "NASA-nın yeni geoelmi missiyasını elan etməkdən məmnunam".

 

NASA-nın direktoru qeyd edib ki, layihəyə "INCUS" adı verilib ("Investigation of Convective Updrafts"): "Bunlar üç kiçik peyk olacaq. Onların 2027-ci ildə buraxılacağı gözlənilir. Onlar tropik qasırğaların və tufanların davranışını, o cümlədən onların hava və iqlim modellərinə təsirlərini öyrənəcəklər".