NATO Azərbaycan və Ermənistan arasında barışığı ALQIŞLAYIR

19:45 09.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır və hər iki ölkə ilə işləməyə hazırdır".

Hafta.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Allison Hart bildirib.

"NATO bu prosesə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür edir", - Hart "X" səhifəsində qeyd edib.

Onun sözlərinə görə, NATO bu hadisələri "regional təhlükəsizliyə doğru mühüm addım" hesab edir.