NATO-nun baş katibi Polşaya raket atılmasında RUSİYANI İTTİHAMLADI

18:46 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun ilkin qiymətləndirmələrinə görə, Ukrayna hava hücumundan müdafiə raketi Polşaya düşüb. TASS xəbər verir ki, bununla belə, NATO-nun baş katibi Yens Stoltenberqin deyib k, Kiyevin bunda günahı yoxdur.

NATO hesab edir ki, Ukrayna raketinin Polşada düşməsində son nəticədə Rusiya məsuliyyət daşıyır. Stoltenberq izah edib ki, əgər münaqişə olmasaydı, bu hadisə baş verməzdi.

O, əlavə edib ki, NATO ölkələri Polşada baş verən insidentlə bağlı sakit qalacaq və əlaqələri davam etdirəcək.