NATO Ukraynanı müasir texnika və silahlarla təmin etməyə davam edəcək - Stoltenberq

12:50 14.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans ölkələri özlərini Rusiya ilə münaqişənin iştirakçısı hesab etmirlər, lakin Ukraynanı müasir texnika və silahlarla təchiz edirlər və bundan sonra da verəcəklər.

“Nə NATO, nə də NATO müttəfiqləri münaqişənin bir hissəsi deyil. Biz özünü müdafiə edən Ukraynaya dəstək veririk”, - baş katib bildirib.

O vurğulayıb ki, Ukraynanın "özünü müdafiə etmək hüququ var", ona görə də NATO bunu dəstəkləyir. Stoltenberq əlavə edib ki, Kiyevə verilən silah növləri, eləcə də münaqişənin gedişatı dəyişib.