Naxçıvana dron hücumunda xəsarət alanlardan xəbər var - RƏSMİ

13:46 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran ərazisindən Naxçıvana qarşı həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.