Naxçıvanda avtobus dərəyə aşdı - Yaralılar var

17:33 20.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda ağır qəza baş verib.

Hafta.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus dərəyə aşıb, qəza nəticəsində 15-dən çox adam yaralanıb.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.