Naxçıvanda zəncirvari qəza - 4 nəfər xəsarət alıb 

19:34 01.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.