Nazirlik Səyavuş Aslanın oğlunun küçədə yaşamasına dair açıqlama verib

12:52 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat yayılıb. Onun küçələrdə gecələdiyi, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir.

 

Hafta.az-ın məlumatına görə, Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov  məsələ ilə bağlı bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub:

“Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.

Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq”.

Oxunma sayı 33