Nazirlik uşaqlar arasında yayılan virusun adını AÇIQLADI

13:30 05.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son aylar bağça və məktəb yaşlı uşaqlar arasında quru öskürək, yüksək hərarət əlaməti müşahidə olunan xəstəlik geniş yayılıb.

 

Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi Erkin Rəhimov hafta.az-a bildirib ki, son vaxtlarda influenza (qrip) virusu geniş yayılıb.

 

Onun sözlərinə görə, uşaqlar arasında geniş yayılan və ağır keçən virus valideynleri narahat edir:

 

“Bu koronavirus deyil. Bilinən qrip virusudur. Ondan qorunmaq üçün 6 aydan böyük olan uşaqlar peyvənd vurdura bilər”.

 

E.Rəhimov sosial məsafə, şəxsi gigiyena və maska taxmaqla uşaqları virusdan qorumağın mümkün olduğunu açıqlayıb:

 

“Virusa yoluxan uşağı yalnız həkim müayinə edərək, müalicə etməlidir. Burundan alınmış yaxma vasitəsilə qrip virusu təsdiqlənə bilər”.

 

Ekspert mütəxəssisin sözlərinə görə, qrip virusu hər il geniş yayılır:

 

“Burada keçən qış istisnadır. Ötən il koronavirus pandemiyasına görə qapanma olduğu üçün bu qədər geniş yayılmamışdı”.