Neft Fondu dollar satışını 3 dəfəyədək artırıb 

17:48 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 826,3 milyon dollar məbləğində vəsait satılıb.

Hafta.az fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 3 dəfəyədək (272,7 milyon dollar) artım deməkdir.

Cari ilin iyun ayı ilə müqayisədə isə fond valyuta satışını 2 dəfə artırıb.