Neft Fondunun büdcə gəlirləri 9,4 milyard ABŞ dolları təşkil edib

16:34 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan neft gəlirləri üzrə xam neftin bir barelinin xalis mədaxil qiyməti 65,4 ABŞ dollarına bərabər olub.

ARDNF-dən hafta.az-a bildirilib ki, hesabat ilində Fondun büdcə gəlirləri 9,4 milyard ABŞ dolları təşkil edib, ehtiyatları isə 45,03 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.