Ukrayna ilə Rusiya arasında danışıqlarda ilk irəliləyişdən sonra neft ucuzlaşmağa başladı. Eyni zamanda, Rusiya rublu möhkəmlənməyə başlayıb.
Hafta.az Ukrayna mediasına istinadla xəbrə verir ki, bunu martın 29-na olan rəqəmlər sübut edir.
Belə ki, İstanbulda danışıqlar başa çatdıqdan sonra neftin qiyməti bir barel üçün 105 dollara düşüb. Bu gün saat 12:00-a enerji resursunun qiyməti təxminən 112 dollar/barelə, bir gün əvvəl isə 114 dollara çatıb.
Eyni zamanda, dolların dəyəri 83 rubla düşüb. Halbuki ayın əvvəlində rəsmi məzənnə bir dollar üçün 150 rublu ötmüşdü.
"Bir zamanlar bunlar bir-birini istisna edən iki proses (neftin maya dəyərinin azalması və rublun möhkəmlənməsi) idi. Lakin müharibə hər şeyi dəyişdi"- "Politika stranı" teleqram-kanalı vəziyyəti belə şərh edib.