Neftçala rayon sakinindən odlu silah götürülüb 

09:38 16.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala rayon sakinindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini S.Əhmədlidən müvafiq sənədləri olmayan “İj-54” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.