Neftçalada elektrik naqillərini oğurlayan şəxs saxlanılıb

15:05 09.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçalada elektrik naqillərini oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-nə keçən gecə Qarabörk kəndi ərazisində 5400 manat dəyərində dirəklərarası 200 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Alpout kənd sakini A.Nuriyev saxlanılıb.

Faktla bağlı Neftçala Rayon Polis İdarəsində araşdırmalar aparılır.