Yazını böyüt
Yazını kiçilt
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan hafta.az-a verilən məlumata görə, “ağ-qaralar” Dembo Darbonu transfer edib.
Qambiyalı hücumçu ilə iki illik müqavilə imzalanıb. O 22 nömrəli forma ilə çıxış edəcək.
Bundan əvvəl BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan D.Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.