“Neftçi”nin futbolçusu diskvalifikasiya olunub

15:35 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov ciddi cəzaya məruz qalıb.

Apasport.az saytının məlumatına görə, AFFA İntizam Komitəsi milli komandamızın sabiq futbolçusunu diskvalifikasiya edib.

Buna səbəb Mirabdullanın “Neftçi-2”nin heyətində I divizionun XVI turunda “Qaradağ Lökbatan”la görüşdə hakimi təhqir etməsi olub. Həmin qarşılaşmada qırmızı vərəqə alan 27 yaşlı forvard 4 oyun cəzalandırılıb.

Onun bu hərəkəti “ağ-qarlar”ı 320 manat ziyana salıb.