Neftimiz 1 dollardan çox ucuzlaşıb

09:57 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 ABŞ dolları və ya 0,9% azalaraq 120,1 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.