Neftimiz cüzi bahalaşdı

09:41 31.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Hafta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,1 ABŞ dolları və ya 0,15 % artaraq 65,67 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.57ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.