Neftimizin qiyməti ucuzlaşmaqda davam edir

10:29 12.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.

Hafta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,10 ABŞ dolları, yaxud 0,14 % azalaraq 73,53 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.