Neftimizin qiymətində artım var

10:51 18.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları, yaxud 1,2 % artaraq 77,01 ABŞ dolları olub.

Hafta.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 73,35 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.