Nərimanov rayonunda silah-sursat aşkarlanıb 

13:27 23.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, bağlamada iki ədəd avtomat silahı, bir ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyənləşdirilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.